GÜNDÜZ ÇIRAQLA AXTARMAQ
GÜNORTADAN SONRA GÜN GÖRƏN
OBASTAN VİKİ
Dəniz günəşi
Dəniz günəşi (lat. Pycnopodia helianthoides), Dərisitikanlıların Dəniz ulduzları sinfinə aid onurğasız heyvan növü.
Kürd günəşi
Kürd günəşi (kürd. Rojê Kurdî) — kürdlərin simvolu olan qızıl günəş. Qədim dövrlərdən bəri istifadə edilən simvolun kürd milləti üçün dini və mədəni əhəmiyyəti var. Simvol həmçinin Kürdüstan bayrağının mərkəzində də yerləşir. Günəşin 21 şüası var, çünki yəzdanizmdə 21 rəqəmi yenidən doğuşu təmsil edir. 21 rəqəmi həm də 21 martı, yəni Novruzu təmsil edir.
Hitit günəşi
Hitit Günəşi — 1956-cı ildə istehsal olunmuş Türkiyə filmi. == Məzmunu == Anadolu haqqındadır. == Mükafatları == 1956-cı ildə Bеrlin Kinоfеstivаlındа "Gümüş аyı" mükаfаtını qаzаnıb.
Günəşi gördüm
Günəşi Gördüm — Mahsun Kırmızıgülün rejissor kimi ikinci işi olan bu filmdə çoxüzvlü bir ailənin dramından bəhs olunur. Bu film Oskar mükafatı kimi tanınan "Akademiya mükafatları"da 2009-cu il Türkiyə namizədi kimi göstərilmişdi. Film Türkiyənin cənub-şərqində yerləşən kürd ailənin İstanbula (bir hissəsinin Norveçə) məcburi köçü və başlarına gələnlərdən bəhs edir. == Məzmun == Şərq sərhədində yerləşən bir kürd kəndi. 25 ildir iki tərəf arasında qalan çarəsiz insanlar. Məcburi köçürtmə səbəbi ilə böyüyüb boya-başa çatdıqları torpaqlardan, kəndlərindən çıxarılan Altun ailələri bilinməz bir yola çıxırlar. Davud Altun qaçaq yolla olsa da, tez bir zamanda ailəsi ilə birgə Norveçə getmək niyyətindədir. Heydər Altun və ailəsi üçün isə köç yolu İstanbula istiqamətlənib. Səfər başlamışdır. Bitmək bilməyən fırtınalardan keçib gəlmiş, yollarını azmış, çarəsizcə bir çıxış yolu axtaran insanların öz günəşlərindən qoparılıb gələcəyin bilinməzliyində itən uşaqların, bir köçün hekayəsi.
Gecəyarı günəşi (roman)
Gecəyarı günəşi (ing. Midnight Sun) — yazıçı Stefani Mayerin 2005-ci ildə yazdığı Alatoran romanının 2020-ci ildə nəşr olunan kompanion romanıdır. Əsərdə Alatorandakı hadisələr Bella Svon yox Edvard Kallenin dilindən nəql edir. Meyer bildirmişdirki Alatoran Edvardın dilindən yazmağı istədiyi yeganə kitabdır. Edvard obrazının yaxşı dərk edilməsi üçün çəkilişlər zamanı Meyer Alatoranın rejissoru Ketrin Hardvik və Edvardı canlandıran Robert Pattinsona romanın hələ o vaxt tamamlanmış bəzi hissələrini oxumaq üçün vermişdi. Roman 4 avqust 2020-ci ildə nəşr olundu. == Nəşrdən əvvəlki tarix == 28 Avqust 2008-ci ildə Meyer internetdə tamamlanmamış on iki fəslin sızmasından sonra romanın yazısını dayandırdı. O, "Əgər indi Gecəyarı günəşi yazmağa çalışsaydım, indiki düşüncəmə əsasən Ceyms çox güman ki, qalib gələcək və bütün Kallenlər öləcəkdi ki, bu da orijinal hekayəyə uyğun gəlməyəcəkdi. Buna görədə baş verənlərlə əlaqədər pis oldum və romanı hələlik təxirə saldım."[6] O, sızmış on iki hissədən ibarət qaralama hekayəni öz veb saytında yayımladı. Meyer sızmanın pis məqsədlə olduğuna inanmadığını və ad verməyəcəyini bildirdi.
Səhranın ağ günəşi
"Səhranın ağ günəşi" — 1969-cu ildə Vladimir Motılın rejissorluğu ilə çəkilmiş Şərq janrında olan Sovet bədii filmidir. Film vətəndaş müharibəsi zamanı Qırmızı Ordu əsgəri Fyodor İvanoviç Suxovun qadınları quldur Abdullanın hərəmindən xilas etməsi zamanı başına gələn hadisələrdən bəhs edir. Film Rüstəm İbrahimbəyov və Valentin Yejovun ssenarisi əsasında "Mosfilm" və "Lenfilm" kinostudiyalarının istehsalat bazasında çəkilmişdir. == Süjet xətti == Hadisələr Xəzər dənizinin şərq sahillərində, 1920-ci illərin əvvələrində cərəyan edir. Suxov Fyodor İvanoviç evinə qayıdır. Yolda əzablı ölümə məhkum edilmiş Səid adlı yerli sakini başına qədər quma basdırılmış vəziyyətdə aşkarlayır. Səidi xilas edən Suxov, ardınca Abdulla və onun quldur dəstəsini təqib edən Qızıl ordu komandiri Rəhimovla rastlaşır. Abdul qəsrdən qaçsa da, həyat yoldaşlarını özüylə aparmayıb. Zövcələrini özüylə apara bilmədiyinə görə onları öldürmək qərarına gəlib. Rəhimov qadınların günahsız yerə ölməməsi üçün onların mühafizəsini Suxova həvalə edir… == Filmdə işlədilən və gündəlik dilə keçmiş olan sözlər == "Şərq, qəliz məsələdir" (Восток — дело тонкое); Şərqdən danışarkən istifadə olunur.
Bahar günəşi (film, 1974)
Bahar günəşi qısametrajlı sənədli filmi rejissor Xamiz Muradov tərəfindən 1974-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 4-cü ildönümünün və zəhmətkeşlərin həmrəylik günü-1 Mayın təntənəli bayram edilməsi haqqındadır. == Məzmun == Film Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 4-cü ildönümünün və zəhmətkeşlərin həmrəylik günü-1 Mayın təntənəli bayram edilməsi haqqındadır. Filmin çəkilişləri Bakıda və respublikamızın ən iri şəhərlərində aparılmışdır. Kinolentdə Azərbaycan xalqının əmək nailiyyətləri, sənaye, kənd təsərrüfatı, nəqliyyat müəssisələrinin qabaqcılları barədə də söhbət açılır.
Günəşi gördüm (film, 2009)
Günəşi Gördüm — Mahsun Kırmızıgülün rejissor kimi ikinci işi olan bu filmdə çoxüzvlü bir ailənin dramından bəhs olunur. Bu film Oskar mükafatı kimi tanınan "Akademiya mükafatları"da 2009-cu il Türkiyə namizədi kimi göstərilmişdi. Film Türkiyənin cənub-şərqində yerləşən kürd ailənin İstanbula (bir hissəsinin Norveçə) məcburi köçü və başlarına gələnlərdən bəhs edir. == Məzmun == Şərq sərhədində yerləşən bir kürd kəndi. 25 ildir iki tərəf arasında qalan çarəsiz insanlar. Məcburi köçürtmə səbəbi ilə böyüyüb boya-başa çatdıqları torpaqlardan, kəndlərindən çıxarılan Altun ailələri bilinməz bir yola çıxırlar. Davud Altun qaçaq yolla olsa da, tez bir zamanda ailəsi ilə birgə Norveçə getmək niyyətindədir. Heydər Altun və ailəsi üçün isə köç yolu İstanbula istiqamətlənib. Səfər başlamışdır. Bitmək bilməyən fırtınalardan keçib gəlmiş, yollarını azmış, çarəsizcə bir çıxış yolu axtaran insanların öz günəşlərindən qoparılıb gələcəyin bilinməzliyində itən uşaqların, bir köçün hekayəsi.
Hitit Günəşi (film, 1956)
Hitit Günəşi — 1956-cı ildə istehsal olunmuş Türkiyə filmi. == Məzmunu == Anadolu haqqındadır. == Mükafatları == 1956-cı ildə Bеrlin Kinоfеstivаlındа "Gümüş аyı" mükаfаtını qаzаnıb.